SON XƏBƏRLƏR

Təbrizli idmançı: “Ruhani hökumətinin Azərbaycan idmançılarına etdiyi zülmü unutmayacağıq”

2022.01.11, 12:56
Təbrizli idmançı: “Ruhani hökumətinin Azərbaycan idmançılarına etdiyi zülmü unutmayacağıq”

Gunaz.tv

Pərviz Hadi illər öncə Təbrizin İdman Təşkilatının ləğv edildiyini bildirib.

Qeyd edib ki, bu, bir çox idmançıların başqa yerlərə köçməsinə, bu sahənin acınacaqlı duruma düşməsinə səbəb olub.

“Xüsusilə Həsən Ruhaninin başçılıq etdiyi keçmiş hökumətin Təbrizin idmanına etdiyi zülmləri heç zaman unutmayacağıq”-deyə, Pərviz Hadi bildirib.

Pərviz Hadi Təbrizin ən güclü güləşçilərindən biri sayılır və İran çempionatları ilə yanaşı müxtəlif beynəlxalq yarışlarda dəfələrlə qızıl medal qazanıb.

Buna baxmayaraq, 2021-ci ildə Asiya çempionatının seçmə mərhələsində bütün rəqiblərinə qalib gəlməsinə baxmayaraq, onun yarışlarda iştirakına icazə verilmədi.

Bu, daha çox onun hökumətə qarşı tənqidi fikirlər səsləndirməsi, İdman Nazirliyinin fəaliyyətinin yarıtmaz olması iə bağlı çıxışları ilə əlaqədar olduğu ehtimal edilir.

Pərviz Hadi bundan öncə oktyabr ayında Təbrizin idman sahəsindəki aır durumu ilə bağlı çıxış edərək, bu sahənin son illər məhvə doğru aparıldığını demişdi.

“Son 4 ildə Təbriz bələdiyyəsi nəzdində fəaliyyət göstərən və idmançılarının 95%-nın yerli olduğu 40 idman komandası dağıldı. 
Belə gedərsə olub-qalan idman komandaları və klublarıda dağılacaq”-deyə, Pərviz Hadi xəbərdarlıq etmiş, əlaqədar qurumların Təbriz idmançılarına qarşı qərəzli davrandıqlarını bildirmişdi. 

C.E

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar