SON XƏBƏRLƏR

"Bahalaşma 50 faiz artıb, insanların alıcılıq qabiliyyəti tükənib"-Təbrizli iqtisadçı

2022.03.18, 07:25
"Bahalaşma 50 faiz artıb, insanların alıcılıq qabiliyyəti tükənib"-Təbrizli iqtisadçı

Gunaz.tv

Əlirza Cəbbariyan bununla bağlı yerli mediaya açıqlama verib. O, əhalinin alıcılıq qabiliyyətinin tükəndiyini söyləyib.

“Bayram öncəsi bazar və mağazaların qarşısında çox sayda insanın olmasına baxmayaraq yetərli alış-veriş yoxdur. Əhali yalnız məhsullara baxır, ancaq imkan olmadığı üçün nəsə ala bilmirlər”-deyə, təbrizli iqtisadçı bildirib.

O, ötən illə müqayisədə qiymətlərin 40-50 faiz artdığını qeyd edərək deyib və tacirlərdən məhsullara qiymət qoyulmasında vətəndaşların iqtisadi durumunu nəzərə almalarını xahiş edib.

Cəbbariyan iki il davam edən koronavirus məhdudiyyətlərinin onsuz da alıcılıq imkanı olmayan vətəndaşları daha ağır duruma saldığını qeyd edib və ilgili qurmların qiymətlərə nəzarət etməsinin vacibliyini bildirib.

C.E
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar