SON XƏBƏRLƏR

Təbrizli kinorejissor Məhəmməd Siyaməkniya müvəqqəti sərbəst buraxılıb

2022.10.06, 08:12
Təbrizli kinorejissor Məhəmməd Siyaməkniya müvəqqəti sərbəst buraxılıb

Gunaz.tv

Təbrizli kinorejissor Məhəmməd Siyaməkniya girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər Təbriz zindanından azadlığa buraxılıb.

Onun, bir neçə gün ETTELAAT təcridxanasıda dindirilməsi və zindana köçürülməsinə baxmayaraq, barəsində irəli sürülən ittihamla bağlı məlumat verilməyib.

Məhəmməd Siyaməkniya sentyabrın 24-dəkütləvi dinc etirazlarla əlaqədar təhlükəsizlik qüvvələri tərəfindən həbs edilərək ETTELAAT təcridxanasına aparılmışdı.

Məhəmməd Siyaməkniya türk dilində bir neçə qısa film çəkib. Onun “Ağacdələn” filmi 12-ci Bakı Beynəlxalq Film Festivalında nümayiş etdirilib. Kinorejissor türkcə “Dil” adlı daha bir film də çəkib. O həmçinin bir neçə sosial mövzularda sənədli filmlərin prodüsseridir.

Cavidan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar