Təbrizdə yaşayan media fəalı və jurnalist Aydın Təbrizinin fəaliyyətinin təhlükəsizlik orqanları tərəfindən qadağan edildiyi deyilir.
Sosial media fəlları son günlər Aydının təhlükəsizlik idarəsinə çağrılaraq dindirildiyini və ictimai şəbəkədə fəaliyyətini dayandırması üçün təzyiq göstərildiyini bildirirlər.
Onların dediyinə görə, bu, azərbaycanlı jurnalistin etiraz aksiyalarına dəstək verməsi və hadisələri işıqlandırması ilə əlaqədardır.
Aydın Təbrizi bundan öncə də fəaliyyətlərinə görə təzyiq, təqib və həbsə məruz qalıb.
Timur