"Qonşu ölkələr bizim tərəfdən dostluq mövqeyi hiss etmirlər"- Təbrizli deputatdan Xameneyinin müşavirinə cavab

29.06.2022, 14:25

Təbrizin İran parlamentindəki nümayəndəsi Məsud Pezeşkiyan ölkənin ali rəhbəri Əli Xameneyinin ali müşaviri Əliəkbər Vilayətinin Azərbaycan Respublikası ilə bağlı səsləndirdiyi son fikirlərə cavab verib.

Gunaz.tv Quote | Gunaz article

"Heç bir ölkənin daxili işlərinə qarışmamalıyıq. Ancaq istər-istəməz elə hadisələr baş verir ki, ölkələr bizim onların işlərinə müdaxilə etdiyimizi hiss edirlər.

Bizim xarici siyasətdə üslübumuz diplomatik qaydalara uyğun deyil"-deyə, təbrizli nümayəndə bildirib.

O, xüsusilə qonşu ölkələrin İranın onların daxili işlərinə qarışdığı ilə bağlı zehniyyətlərinin olduğunu söyləyib. 

"Bəzən mübahisələrdə bizlərə Amerika və Avropa ilə eyni mövqedə olmağı irad tuturlar. Deyirəm ki, hələlik bu sözləri buraxın və qonşularımızla dost və yaxud düşmən olduğunuzu bəlli edin.

Qonşu ölkələr bizim tərəfimizdən dostluq mövqeyi hiss etmirlər"-deyə, Məsud Pezeşkiyan rəsmi Tehranı bölgə ölkələri ilə normal münasibət qura bilməməkdə qınayıb.

Pezeşkiyanın fikrincə, ölkədə problemlər vaxtında həll edilmədiyi üçün üst-üstə yığılır və daha sonra onları çözmək daha da çətinləşir, buna görə də ölkə həm daxildə və həm də xaricdə müxtəlif problemlərlə üzləşir.

Qeyd edək ki, iki gün öncə Əli Xameneyinin ali müşaviri Əliəkbər Vilayəti bir daha Azərbaycan Respublikasının iç işlərinə qarışaraq Azərbaycan-İsrail əlaqələrini tənqid edib.

"Bizim onlarla yolumuzun ayrılmasının səbəbi Azərbaycanın İsraillə olan əlaqələridir"-deyə, Vilayəti "Təsnim" xəbər agentliyinə müsahibəsində  bildirib.

Sosial media istifadəçiləri Pezeşkiyanın fikirlərini paylaşıb,  Təbrizin millət vəkilinin çıxışını Əliəkbər Vilayətinin Azərbaycan Respublikasına qarşı səsləndirdiyi ittihamlara cavab kimi dəyərləndiriblər.

Cavidan
 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

İranda yol qəzalarında ölənlərin yeni statistikası açıqlanıb

2022-08-09

gun az article

QHT BMT qurumuna üzv qəbul olundu

2022-08-09

gun az article

İranda şiddətli quraqlıq xərərdarlığı

2022-08-09

gun az article

"Uşaq qatili olan rejimə dəstək verirlər"-Mirhüseyn Musəvi İran hökumətinin Suriya siyasətinə qarşı çıxdı

2022-08-09

gun az article

Prezident İlham Əliyev Türkiyəyə işgüzar səfərə gedib

2022-08-09

gun az article

Qərbi azərbaycanlılara qaçqın statusu verilsin-Millət vəkili

2022-08-09

gun az article

Rusiya İranın “Xəyyam” peykini orbitə buraxıb

2022-08-09

gun az article

İranda bəhailərin təhsilinə imkan verilmir

2022-08-09

gun az article

ATƏT-in baş katibi: "Türkiyə Ermənistanla Azərbaycan arasında normallaşma prosesinə töhfə verir"

2022-08-09

gun az article

İranda daha bir işçi intihar etdi

2022-08-09

gun az article

Yəməndə iranlı hərbçilər həlak olub

2022-08-09

gun az article

Vyanada nüvə danışıqlarının bərpası üzrə görüş sona çatdı- AB nümayəndə heyətlərinə yekun mətni verib

2022-08-08

gun az article

Putin və Paşinyan Qarabağda vəziyyəti müzakirə edib

2022-08-08

gun az article

Azərbaycan İslam Həmrəyliyi Oyunlarına qızıl medalla başlayıb

2022-08-08

gun az article

Ermənilər Laçından belə çıxır - VİDEO

2022-08-08

gun az article

Ərəbistanda məcburi hicab qaydaları tamamilə aradan götürülür

2022-08-08

gun az article

Sülhməramlılar Ermənistanda “Zəngəzur dəhlizi”nin keçdiyi yolu nəzarətə götürdü

2022-08-08

gun az article

"İran rəsmilərinin 4 min övladı qərb ölkələrində yaşayır"-Hökumət məmuru

2022-08-08

gun az article

Tayvan ordusu hərbi təlimlərə başlayır- Ağır artilleriyadan istifadə olunacaq

2022-08-08

gun az article

“Dost da, düşmən də bilsin ki, Azərbaycan tək deyil” –Çavuşoğlu

2022-08-08