SON XƏBƏRLƏR

Təbrizli tibb işçilərindən İbrahim Rəisiyə etiraz- VİDEO

2022.06.25, 04:00
Təbrizli tibb işçilərindən İbrahim Rəisiyə etiraz- VİDEO

Gunaz.tv

Qeyd edək ki, tibb işçilərini narazı salan  İbrahim Rəisinin pandemiya dövründə  könüllü yarım hərbi "Bəsic" qüvvələri və dini təhsil alan tələbələrin səhiyyə işçilərinə "tibbi və xalqa neçə xidmət etməli olduğunu öyrətdikləri” barədə çıxışı olub.

Həkimlər bunu özlərinə qarşı təhqir sayıblar.

Onlar pandemiya dövründə əmək haqlarının az olmasına, vaxtında ödənilməməsinə baxmayaraq ən ağır şəraitdə işlədiklərini diqqətə çatdırıb, Rəisinin bu çıxışını həkimlərin əməyinin yerə vurulması kimi dəyərləndiriblər.

Qeyd edək ki, yersiz çıxışları ilə yadda qalan İbrahim Rəisinin bir neçə gün bundan öncə tibb işçiləri ilə bağlı çıxışı geniş etirazlara səbəb olub.

İranın müxtəlif şəhərlərində tibb işçiləri onun çıxışına etiraz edib və Rəisinin səhiyyə sistemində çalışanlardan üzr istəməsini istəyiblər.

Timur
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar