SON XƏBƏRLƏR

Təbrizli vəkil Negim Kiyani müvəqqəti olaraq azad edilib

2022.11.14, 12:19
Təbrizli vəkil Negim Kiyani müvəqqəti olaraq azad edilib

Gunaz.tv

Bu barədə azərbaycanlı vəkilm Məhəmmədhadi Cəfərpur özünün sosial media hesabında paylaşım edib.

Negin Kiyanin8in həbs səbəbləri və ittihamı barədə heç bir açıqlama verilməyib.

Qeyd edək ki, Negin Kiyani və başqa 3 azərbaycanlı vəkil 15 oktyabrda təhlükəsizlik məmurları tərəfindən saxlanılaraq Təbriz zindanına köçürülüblər.

Sina Yusifi və Əmir Mehdipur oktyabrın 27-də girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər azad edilsələr də, Qasım Bodi Təbriz zindanında saxlanılır.

Vəkillərin həbsi oktyabrın 14-də tanınmış vəkil Sina Yusifinin Təbrizdə 1700 nəfərin hökumət məmurları tərəfindən həbs edildiyini və saxlanılanların azadlığı üçün müdafiə komitəsi yaratdıqlarını bildirməsindən sonra baş verib. 

Timur 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar