SON XƏBƏRLƏR

Təbrizli vəkil Negin Kəyani həbs edilib

2022.11.01, 05:45
Təbrizli vəkil Negin Kəyani həbs edilib

Gunaz.tv

Azərbaycanlı vəkilin iki həftə bundan öncə saxlanılmasına baxmayaraq, həbsi barədə xəbər oktyabrın 31-i gecə saatlarında yayılıb.

Onun saxlanılmasına səbəb Təbrizdə keçirilən etiraz aksiyalarında iştirak etdikləri üçün həbs edilənlərin müdafiəçisi və vəkili kimi fəaliyyət göstərməsi olub.

Başqa azərbaycanlı vəkil Cəfər Əfşarniya özünün sosial media hesabında etdiyi paylaşımda Negin Kəyaninin nədə ittiham olunduğu barədə rəsmi iddia irəli sürülmədiyini və qeyri-müəyyən vəziyyətdə saxlanıldığını yazıb.

Qeyd edək ki, oktyabrın 15-də azərbaycanlı vəkillər Qasım Bodi, Sina Yusifi və Əmir Mehdipur da saxlanılıblar.

Sina Yusifi və Mehdi Əmiri oktyabrın 27-də girov qaeşılığında müvəqqəti olaraq məhkəməyə qədər azad edilsələr də, Qasım Bodi Təbriz zindanının təkadamlıq kamerasında saxlanılır və qanunsuz həbsinə etiraz olaraq aclıq aksiyası keçirir.

Azərbaycanlı vəkillərin həbsi tanınmış vəkil Sina Yusifinin Təbrizdə 1700 nəfərin hökumət məmurları tərəfindən həbs edildiyini və saxlanılanların azadlığı üçün müdafiə komitəsi yaratdıqlarını bildirməsindən sonra baş verib. 

Timur

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar