SON XƏBƏRLƏR

"Ölkədə durum daha pis olacaq"-Təbrizli millət vəkili

2022.04.26, 08:31
"Ölkədə durum daha pis olacaq"-Təbrizli millət vəkili

Gunaz.tv

Məsud Pezeşkian cari ildə ölkənin iqtisadi və ictimai həyatındakı vəziyyətin ötən illə müqayisədə daha da pis və çətin olacağını deyib.  Pezeşkiyan bu barədə "ruydad-24" saytına açıqlamasında bildirib.

"İbrahim Rəisinin hakimiyyətə gəlməsindən artıq 9 ay keçib və burada "Keyhan" qəzetinin rəhbəri Hüseyn Şəriətmədarinin kinayəli olaraq dediyi "demək olar ki, heç nə" ifadəsini işlətmək yerinə düşərdi”-deyə, Pezeşkiyan yeni hökumətin heç bir uğurlu addım atmadığını bildirib.

Təbrizli millət vəkili İbrahim Rəisinin prezident olmasından sonra dəfələrlə sərt çıxışlar edib, yeni hökumətin verdiyi vədlərin içi boş şüarlardan ibarət olduğunu söyləyib.

Ötən həftə mediaya müsahibə verən Məsud Pezeşkiyan İranın bölgə və beynəlxalq səviyyədə problemlərinə toxunaraq onların həllinin daxili və xarici qüvvələrlə qarşılıqlı anlaşmada olmadan mümkün olmadığını deyib.

Millət vəkili bununla yanaşı hökumətin iqtisadi siyasətini tənqid edib və bildirib ki, yalnız şüar verməklə əhalinin məişət problemlərini həll etmək, onların süfrəsini zənginləşdirmək mümkün olmayacaq.

“Ən yaxşı komanda hakimiyyətə gəlsə belə, xalqın, bütün təbəqələrin, qrupların iştirakı olmadan heç bir problem həll olunmayacaq”-deyə, Məsud Pezeşkiyan hakimiyyəti inhisarçılıqda günahlandırıb. 

Timur
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar