SON XƏBƏRLƏR

Həbs edilən güneyli müəllimin qızı: "Məmurların bu davranışı insan ləyaqətinə ziddir"-VİDEO

2022.08.04, 19:48
Həbs edilən güneyli müəllimin qızı: "Məmurların bu davranışı insan ləyaqətinə ziddir"-VİDEO

Gunaz.tv

İran İnsan Haqları Təşkilatına müsahibə verən Mavi Qəhrəmani İran məmurlarının hərəkətlərini insan ləyaqətindən uzaq olduğunu deyib.

"O, yalnız öz millətinin dərdlərindən danışan və özünün kimliyini qoruyan bir vətəndaşdır. Hər bir vicdanlı insanın borcu ədalətsizlik qarşısında susmamaqdır. O, korrupsioner, qatil, qaçaqmalçı deyil və silah saxlamır. Onu hansı günahına görə həbs ediblər?"-deyə, Mavi Qəhrəmani atasının haqsız həbs olunduğunu bildirib.

O, hökumət qurumlarına xitabən deyib ki, bir vətəndaşı, müəllimi bu şəkildə həbs edərək ailəsini nigəran qoymaq qanunları tapdalamaqdır və əgər qanun varsa bu cavabsız qalmamalıdır.

"Yalnız mənim atama qarşı yox, istənilən şəxsə qarşı belə davranış qəbul edilməzdir və biz bu hörmətsizliyi qəbul etmirik. Bu neçə gün ərzində bizimlə həmrəylik göstərənlərə, səsimizi yayan kanallara təşəkkürümüzü bildiri, atam barədə xoş xəbərlər alacağımıza ümid edirik"-deyə, milli fəalın qızı qeyd edib.

Qeyd edək ki, avqustun 1-də Şərqi Azərbaycan əyalətinin Xudafərin şəhərində Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin 8 əməkdaşı milli fəalın evinə basqın edərək axtarış aparıb.

Məmurlar onun telefonunu, kompüterini və kitabları da daxil olmaqla şəxsi əşyalarını özləri ilə aparıblar.

Şükrullah Qəhrəmanifərdin hara aparıldığı və nədə ittiham olunduğu barədə məlumat əldə etmək mümkün olmayıb.

Qeyd edək ki, müəllim olan Şükrüllah Qəhrəmanifərd bundan öncə də dinc mədəni fəaliyyətlərinə görə bir neçə dəfə həbs edilib.

 

Cavidan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar