SON XƏBƏRLƏR

Həbsdə olan güneyli ailə barədə məlumat verilmir

2022.12.04, 13:53
Həbsdə olan güneyli ailə barədə məlumat verilmir

Gunaz.tv

Oktyabrın 10-da Təbrizdə həbs edilən Ümid Haşimpur, Əmir Haşimpur və həyat yoldaşı Zəhra İskəndərinin talei barədə məlumat əldə etmək mümkün olmur.

Onlar təhlükəsizlik məmurları tərəfindən saxlanılaraq naməlum yerə aparılıblar və məhbusların yaxınlarının əlaqədar dövlət orqanlarına müraciətləri cavabsız qalıb.

Təbrizli məhbusların yaxınlarının dediyinə görə, Zəhra İskəndəri bir dəfə neçə saniyəlik telefon əalqəsi saxlaya bilib və heç bir dəqiq söz demədən təcridxanada saxlanıldıqlarını deyib.

Cavidan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar