SON XƏBƏRLƏR

Həbsdə olan güneyli milli fəal barədə məlumat verilmir

2022.07.21, 04:34
Həbsdə olan güneyli milli fəal barədə məlumat verilmir

Gunaz.tv

Fəalın yaxınlarının verdiyi məlumata görə, saxlanılan gün 10 saniyəlik qısa telefon əlaqəsindən sonra Behnam Zarei barədə heç bir məlumat əldə etmək mümkün olmayıb.

Məlumatda fəalın ata və anasının övladları barədə xəbər tutmaq üçün məhkəməyə müraciətləri zamanı kobudluqla qarşılaşıb və onlar zorla məhkəmə binasından çıxarılıblar.

Behnam Zareinin həbs olunmasının səbəbi barədə açıqlama verilmir.

Lakin onun "Vərziğansəsi" sosial media şəbəkəsi vasitəsilə bölgənin problemləri, ətraf mühitin məhv edilməsi barədə paylaşımları ilə bağlı saxlanıldığı ehtimal edilir.

Behnam Zarei iyulun 9-unda Vərziğanın Köhnəli kəndində yerləşən şəxsi evində təhlükəsizlik məmurları tərəfindən saxlanılıb.

Məlumatda milli fəalın mobil telefon, bilgisayar və başqa şəxsi əşyalarının məmurlar tətəfindən müsadirə edildiyi, onun özünün Əhər şəhərinə aparıldığı qeyd olunub.

Qeyd edək ki, Behnam Zarei kənd təsərrüfatı elmləri üzrə bakalavrlar və siyasi elmlər üzrə aspirantdır.

Timur

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar