SON XƏBƏRLƏR

Həbsdə olan iranlı hüquq müdafiəçisinə beynəlxalq mükafat verilib

2022.11.19, 11:11
Həbsdə olan iranlı hüquq müdafiəçisinə beynəlxalq mükafat verilib

Gunaz.tv

Üç gün ərzində Berlində keçirilən və 128 ölkədən 1500 nümayəndənin qatıldığı bu konqres ilk dəfədir ki, “Robert Badinter” mükafatını təqdim edir.

Fransanın keçmiş ədliyyə naziri cənab Badinter 1981-ci ildə bu ölkədə ölüm hökmünün ləğvində fəal rol oynadığı üçün onun adına beynəlxalq mükafat təsis edilib.

Hazırda İranda həbsdə olan xanım Sutudənin mükafatı İran İnsan Haqları Təşkilatının direktoru Mahmud Əmiri Müqəddəmə təqdim edilib.

"Mən İranda vəkil və siyasi məhbus olan Nəsrin Sutudə bütün dünyadan və bu Konqresdən xahiş edirəm ki, bu ağır günlərdə, gənclərin qanuni hüquqlarından istifadə edərək “Qadın, Həyat, Azadlıq” aksiyalarında iştirak etdikləri üçün haqsız yerə ölümə məhkum edildikləri bir vaxtda  iranlıların gözü və qulağı olsunlar",-deyə, məhbus hüquq müdafiəçisi vəkili vasitəsilə konqresə göndərdiyi mesajda bildirib.

Nəsrin Sutud daha sonra deyib ki, hökumətin etirazçılara münasibətdə davranışının dəyişdirilməsi və etirazçıları edam etməkdən qəti şəkildə çəkinməsi gələcəkdə İranda ölüm hökmünün ləğvinə kömək edəcək.

Qeyd edək ki, bir çox siyasi məhbusun vəkili olmuş Nəsrin Sutudənin özü barəsində 12 illik həbs cəzası çıxarılıb.

Timur
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar