SON XƏBƏRLƏR

Camal Qaşıqçının nişanlısı Avropa Parlamentinə müraciət edib

2021.10.20, 07:36
Camal Qaşıqçının nişanlısı Avropa Parlamentinə müraciət edib

Gunaz.tv

GünAz TV: İstanbulda qətlə yetirilən səudiyyə ərəbistanlı jurnalist Camal Qaşıqçının nişanlısı Haticə Cengiz Avropa Parlamentinə müraciət edib.

 

Türkiyə mediasında yayılan məlumata əsasən, bu barədə parlamentin sədri Antonio Tayani bildirib.

 

Onun sözlərinə görə, Qaşıqçının nişanlısı təkcə cinayəti törədənlərin deyil, bu işdə əli olanların da hakim qarşısına çıxarılmasını istəyib. Tayani cinayətin ədalətli araşdırılacağına əminliyini ifadə edib.

 

Xatırladaq ki, Qaşıqçının itməsi ilə bağlı Türkiyə və Səudiyyə Ərəbistanlı rəsmilərin iştirak etdiyi birgə işçi qrupu yaradılmış, konsulluq binasında və konsulluq iqamətkahında araşdırma aparılmışdı.

 

Səudiyyə Ərəbistanı rəhbərliyi isə 2 oktyabrda, İstanbul Baş Konsulluğuna girdikdən sonra xəbər alınmayan səudiyyəli jurnalist Camal Qaşıqçının, konsulluq binasında baş verən dava nəticəsində öldüyünü bildirib.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar