SON XƏBƏRLƏR

CBS: “Ərəbistana hücum Xamneyinin göstərişi ilə baş tutub- Cavab tədbiri artıq hazırdır”- FOTO

2021.10.20, 07:36
CBS: “Ərəbistana hücum Xamneyinin göstərişi ilə baş tutub- Cavab tədbiri artıq hazırdır”- FOTO

Gunaz.tv

GünAz TV: CBS telekanalı Səudiyyə Ərəbistanının neft təsisatlarına qarşı baş tutmuş hücuma İranın “dini lider”i Əli Xamneyinin yaşıl işıq yandırdığıyla bağlı məlumat paylaşıb.

 

Telekanalın adını açıqlamadığı diplomatik mənbələrə istinadən verdiyi xəbərə görə, Xamneyi bu hücumla bağlı hərbçilərə göstəriş verən zaman onu İranın rolunun olduğunu təsdiq edəcək heç bir iz olmadan həyata keçirməyi tapşırıb.

 

 

Məlumatda həmçinin İranın “Sepah” terror təşkilatı vasitəsilə reallaşdırdığı hücumuna cavab verilməsi üçün hazırlanmış hərbi planın hazır olduğu qeyd edilir.

 

Telekanalın xəbərindən bir neçə saat öncə Amerika Birləşmiş Ştatlarının Dövlət Departamentinin rəhbəri Mayk Pompeo Səudiyyə Ərəbistanının neft təsisatlarına qarşı hücumu İranın həyata keçirdiyini və bunun müharibə amili olduğunu bəyan etmişdi.

 

Xəbərdə həmçinin “Sepah”ın hücuma hazırlaşdığı müddəti ehtiva edən, peyk vasitəsilə çəkilmiş şəkillərin mövcud olduğu deyilir.

 

Xatırladaq ki, sentyabrın 14-ü, səhər saatlarında Səudiyyə Ərəbistanı dövlət neft şirkəti olan "Aramco"-nun iki əsas neft təsisatına qarşı dron və raketlə hücum təşkil edilmişdi. Hücum nəticəsində həmin şirkətin ən böyük neft istehsalı müəssəsi olan “Abqaiq” və “Xurais”də neft təsisatlarında güclü yanğın baş vermişdi.

 

Bundan sonra amerikalı rəsmilər təkidlə hücumun İran rejiminin dəstəklədiyi husi yaraqlıları tərəfindən deyil, birbaşa özü tərəfindən həyata keçirildiyini bildirirdilər. Ötən gün isə Səudiyyə Ərəbistanı hücumun arxasında İranın dayandığını rəsmən bəyan edib.

 

Rəsmi Tehran dəlil və sübutlara baxmayaraq, bütün bu ittihamları rədd edir və hücumlarda rolunun olmasını danır.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar