SON XƏBƏRLƏR

Məcburi hicaba etiraz edən güneyli fəal həbs edildi

2022.07.14, 01:22
Məcburi hicaba etiraz edən güneyli fəal həbs edildi

Gunaz.tv

Onun yaxınlarının verdiyi məlumata görə, 2 qadın və 6 kişidən ibarət təhlükəsizlik məmurları Suru Babayinin qardaşının evinə basqın edərək xanım fəalı saxlayıblar.

Onlar evdə qanunsuz axtarış apararaq fəalın və onun övladlarının mobil telefonlarını, kompüterlərini müsadirə ediblər.

Suru Babayinin həbsinin onun "məcburi hicaba yox" kampaniyasına qatılması və həyat yoldaşı Məhəmmədrza Muradbehruzi ilə birlikdə sosial mediada video paylaşması olub.

Qəzvinli fəal paylaşdığı videoda yaylığını başından götürərək "məcburi hicab istəmirik" məzmunlu çıxış edib.

Qeyd edək ki, Suru Babayi Çəgini və onun həyat yoldaşı bundan öncə dimc mədəni və ictimai fəaliyyətlərinə görə dəfələrlə  təzyiqlərlə üzləşiblər.  

Cavidan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar