SON XƏBƏRLƏR

“Cəsarətli qadınlar” İnqilab küçəsində məcburi hicaba qarşı etiraz aksiyası keçirmiş iranlı qadınlara dəstək nümayiş etdiriblər- Foto

2021.10.20, 07:36
“Cəsarətli qadınlar” İnqilab küçəsində məcburi hicaba qarşı etiraz aksiyası keçirmiş iranlı qadınlara dəstək nümayiş etdiriblər- Foto

Gunaz.tv

GünAz TV: Amerika Birləşmiş Ştatlarının Dövlət Departamentində “Cəsarətli qadınlar” mükafatının təqdimat mərasimi keçirilib.

 

Mərasimdə iştirak edən qadınlar sonda ötən ilin qışında Tehranın İnqilab küçəsində başlarındakı hicabı çıxarıb çubuğa keçirərək, məcburi hicaba etiraz edən iranlı qadınlara dəstək nümayiş etdiriblər. Onlar simvolik olaraq iranlı qadınların hərəkətini təkrarlayıblar.

 

Xatırladaq ki, ötən ilin qışında bir qrup iranlı qadın məcburi hicaba qarşı etiraz əlaməti olaraq Tehranın İnqilab küçəsində qeyd edilmiş addımı atmışdılar. Lakin sonradan İran polisi onlara qarşı güc tətbiq etmişdi.

 

“Cəsarətli qadınlar mükafatı”nın təqdimat mərasimində iştirak edən ABŞ Dövlət Departamentinin rəhbəri Mayk Pompeo da iranlı qadınları ötən il məcburi hicaba qarşı keçirdikləri bu aksiyanı yüksək qiymətləndirib.

 

Qeyd etmək lazımdır ki, “beynəlxalq cəsarətli qadınlar mükafatı” hər il Amerikanın Dövlət Departamenti tərəfindən dünyanın hər bir yerində digərləri, xüsusilə də qadın hüquqlarının yaxşılaşdırılması üçün fədakarlıq edən və çalışan qadınlara təqdim edilir.  Bu mükafat 2007-ci ildə təsis edilib.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar