SON XƏBƏRLƏR

Ceyms Mattis: “İran, Suriya və İraqı öz nüfuzu altında saxlaya bilməyəcək”

2021.10.20, 07:36
Ceyms Mattis: “İran, Suriya və İraqı öz nüfuzu altında saxlaya bilməyəcək”

Gunaz.tv

GünAzTV: ABŞ müdafiə naziri Ceyms Mattis oktyabrın 31-də jurnalistlərə aqçıqlamasında İranın regional nüfuzunu genişləndirməyə cəhdindən və onun region ölkələrinin daxili işlərinə qarışmasından danışıb.

 

 Öz açıqlamasında İranın dəstəklədiyi Livan “Hizbullah”ının Suriyadan çıxarılmasının vacibliyini vurğulayan Mattis bildirib ki, rəsmi Tehran bir üsıra region ölkələrinin daxili işlərinə müdaxiləsini davam edir: “İran, Yəmən, Suriya, İraq və Livanda yaşanan çaxnaşmanı qızışdırır, onların daxili işləreinə kobud müdaxiləsini davam etdirir.

 

 Lakin bütün bunlara baxmayaraq, hesab edirik ki, İran Suriya və İraqı öz nüfuz dairəsi altında saxlamağa qadir olmayacaq və biz buna imkan verməyəcəyik.

 

İranın üsyançı husilərə dstəyinə gəlincə, deyə bilərik ki, iranlıların bu sahədə gördüyü əsas iş, Yəməndə müxalif husilərə gizli qaçaqmalçılıq yolu ilə raket və hərbi avadanlıq göndərməsindən ibarətdir. Bu isə beynəlxalq gəmilərin təhlükəsizliyinə qarşı bir təhdiddir və qarşısı alınmalıdır”.

 

 A.M

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar