SON XƏBƏRLƏR

Çin İran, İtaliya, Cənubi Koreya və Yaponiyadan gələn turistləri 14 gün karantinə salacaq

2021.10.20, 07:36
Çin İran, İtaliya, Cənubi Koreya və Yaponiyadan gələn turistləri 14 gün karantinə salacaq

Gunaz.tv

GünAz TV: Çin hökuməti koronavirusla mübarizə istiqamətində İran, İtaliya, Cənubi Koreya və Yaponiyadan paytaxt Pekinə daxil olan şəxsləri 14 gün müddətinə karantinə alacağını bəyan edib. Quanqdonq və Şanxay də oxşar qərarları qəbul ediblər.

 

Bir müddət öncə Tayvanın "South China Morning Post" qəzeti İran, İtaliya, Cənubi Koreya və Yaponiyadan Çinə gələn bütün turistlərin və ya ölkə vətəndaşlarının 14 gün müddətinə karantinə alınmasının planlaşdırıldığı barədə məlumat yaymışdı.


Qeyd etmək lazımdır ki, Çindən sonra koronavirusa yoluxma və ya bu xəstəlikdən ölmə halları ən çox İran, İtaliya və Cənubi Koreyada qeydə alınıb.

 

Rəsmi statistikalara əsasən, ötən günə qədər dünyada 3100 insan sözegedən xəstəlikdən dünyasını dəyişib. Onlardan 2945 nəfər Çin, 77 nəfər İran, 52 nəfər İtaliya, 28 nəfər isə Cənubi Koreya vətəndaşıdır.

 

Yaponiya və Amerika Birləşmiş Ştatlarının hər birində isə bu günə qədər koronavirusdan 6 ölüm halı qeydə alınıb.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar