SON XƏBƏRLƏR

Çin sahilləri yaxınlığında iki gəminin toqquşmasında 30 İran vətəndaşı itkin düşüb

2021.10.20, 07:36
Çin sahilləri yaxınlığında iki gəminin toqquşmasında 30 İran vətəndaşı itkin düşüb

Gunaz.tv

GünAzTV: Yanvarın 6-da Çinin şərq sahilləri yaxınlığında iki gəminin toqquşması nəticəsində 32 nəfər itkin düşüb. İtkin düşənlərdən 2-si Banqladeş, 30-u isə İran vətəndaşlarıdır.

 

Çin Dövlət Televiziyasının yaydığı xəbərə görə, hadisə, yerli vaxtla axşam saat 20:00 radələrində Şanxayın 296 kilometrliyində baş verib. İranın Xark adasından Cənubi Koreyaya neft daşıyan tanker, Çinin yük gəmisi ilə toqquşub. Qəza nəticəsində tankerdə güclü yanğın baş verib. Bildirilir ki, Panama bayrağı altında üzən tanker, 60 milyon dollar dəyərində olan 136 min ton nefti Cənubi Koreyaya daşıyırmış. Yayılan məlumatlara əsasən, yük gəmisində olan 21 Çin dənizçisi xilas edilib. Bölgədə xilasetmə əməliyyatına başlanılıb və qəza yerinə xilasedici qüvvələr göndərilib. İtkin düşən iranlıların axtarışı davam edir.

 

Hazırda hadisənin səbəbləri araşdırılır. Qeyd edək ki, Cənubi Koreya İran neftinin ən mühüm müştərilərindən biri sayılır.

 

 

A.M

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar