SON XƏBƏRLƏR

Aclıq aksiyası keçirən siyasi məhbusun durumu ağırlaşıb

2022.05.21, 05:59
Aclıq aksiyası keçirən siyasi məhbusun durumu ağırlaşıb

Gunaz.tv

Bu barədə açıqlama verən məhbusun qardaşı 12 gündür aclıq aksiyası keçirən qardaşının həyatının təhlükədə olduğunu deyib.

“Vəhid 12 gündür aclıq aksiyası keçirir. Durumu ağırlaşıb və hərəkət edə bilmir. Onu vilçerlə zindanın tibb məntəqəsinə aparıblar, ancaq heç bir müalicə və yardım etçədən kamerasına qaytarılıb”-deyə, Rəsul Baqiri bildirib.

O, işgəncə altında qardaşına qarşı məcburi ifadələr verən bir neçə nəfərin dediklərindən sonra Vəhid Baqiriyə qarşı heç bir faktın olmamasına baxmayaraq, onun girov qarşılığında sərbəst buraxılmasına icazə verilmədiyini deyib.

Vəhid Baqiri aclıq aksiyasının ikinci günündə durumu ilə bağlı etdiyi müraciətdə barəsində ədalətli məhkəmə keçirilməyəcəyi zamana kimi aclıq aksiyasını davam edəcəyini qeyd edib.

Qeyd edək ki, Vəhid Baqiri 2019-cu ilin noyabr ayında yanacağın kəskin bahalaşmasına qarşı başlayan kütləvi etirazlara qatıldığına görə saxlanılıb.

Tehranın İnqilab Məhkəməsinin 28-ci bölməsi onun barəsində “hökumətə qarşı əlbir olmaq və təbliğat” ittihamı irəli sürüb və 6 il azadlıqdan məhrum edib. 

Cavidan
 

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar