SON XƏBƏRLƏR

Mədəni fəal Əkbər Nəiminin işinə yenidən baxılacaq

2022.08.15, 03:55
Mədəni fəal Əkbər Nəiminin işinə yenidən baxılacaq

Gunaz.tv

Ali Məhkəmənin 9-cu bölməsi Seyid Məhəmmədrza Fəqihi və Zəhra Minuinin müdafiə etdiyi Əkbər Nəiminin işinə baxdıqdan sonra azərbaycanlı mədəni fəala qarşı “qanunsuz təşkilata üzv olmaq” və “ölkənin təhlükəsizliyinə qarşı toplaşmaq və əlbir olmaq” ittihamları ilə çıxarılan hökmü ləğv edib.

Fəal barədə açılan cinayət işinə yenidən baxılması üçün Tehran əyalətinin Apellyasiya Məhkəməsinə göndərilib.   

Əkbər Nəimi 2021-ci il iyunun 19-da Təbrizdə həbs edilib. Məhkum olduğu 9 il 8 ay həbs cəzası Apellyasiya Məhkəməsi tərəfindən təsdiqlənib və o Tehranın “Evin” zindanına köçürülüb.

O, "qanunsuz qrupa üzv olmaq", "milli təhlükəsizliyə qarşı toplaşmaq və əlbir olmaq" və "rejimin müxalif qruplarının xeyrinə təbliğat aparmaq" ittihamları ilə müvafiq olaraq 5 il, 4 il və 8 ay həbs cəzasına məhkum edilib.

Bununla yanaşı Nəiminin 2 il müddətinə ölkədən xaric olmasına və eləcə də siyasi partiyalara və ictimai qruplara üzv olmasına qadağa qoyulub.

Əkbər Nəimi yanvarın 22-i 2021-ci ildə çalışdığı İranın milli hava yolları şirkətinin təmir bölməsində tutularaq təxminən 2 ay təhlükəsizlik qüvvələrinin nəzarətində saxlanılmış, sonra 200 milyon tümənlik girov qarşılığında Evin həbsxanasından müvəqqəti olaraq məhkəməyə qədər sərbəst buraxılmışdı.

O, "Evrin" və "Yarpaq" kimi ekologiya və mədəniyyət sahələrində fəaliyyət göstərən qurumların təsisçilərindən və hakimiyyət tərəfindən fəaliyyəti dayandırılan "Günəbaxan" dərnəyinin qurucularından biri olub.

Əkbər Nəimi insan haqları fəalı və dil hüquqları müdafiəçisi kimi də tanınır. 

Timur

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar