SON XƏBƏRLƏR

Milli fəallar Çahar-Mahal və Bəxtiyari əyalətində türkcə yer adları bərpa edib

2022.05.19, 06:06
Milli fəallar Çahar-Mahal və Bəxtiyari əyalətində türkcə yer adları bərpa edib

Gunaz.tv

Əyalətin Saman şəhərinin “Yastıçay” kəndində küçə adlarını göstərən lövhə və nişanlar dəyişdirilərək bundan öncə türkcə olan adlar yazılıb.

Gözəl, Axarbaşı, Ay, Qızılgül və başqa bu kimi köhnə türk adları lövhələrdə əks olunub.

Qeyd edək ki, son illər türk dilində olan qədim yer adlarının dəyişdirilməsi və təhrif edilməsinə qarşı etirazlar çoxalıb.

Milli-mədəni fəallar müxtəlif aksiyalarlar Pəhləvilər dövründən başlayan və hazırkı rejim dövründə davam etdirilən farslaşdırma siyasətinə qarşı etirazlarını bildirirlər. 

Timur
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar