SON XƏBƏRLƏR

Daha bir güney azərbaycanlı qızıl medal qazandı – Asiya Oyunlarında

2021.10.20, 07:36
Daha bir güney azərbaycanlı qızıl medal qazandı – Asiya Oyunlarında

Gunaz.tv

GünAz TV: İndoneziya paytaxtı Cakartada keçirilən 2018-ci il Asiya Oyunlarında daha bir güney azərbaycanlı idmançı qızıl medal qazanıb.


Məlumata görə, yarışların dördüncü günündə miyanalı taekovandoçu Mir Haşım Hüseyni Çindən olan rəqibi Şuai Jaunu məğlub edərək yarışların qızıl medalını qazanıb.


İdmançımız final mərhələsində rəqibini 17-11 hesabı ilə məğlub edib.


Bu, İran komandası tərkibində Asiya Oyunlarında çıxış edən güney azərbaycanlı idmançıların 3-cü qızıl medalıdır.


Bundan əvvəl 125 kq çəki dərəcəsində güləşən Pərviz Hadi sərbəst güləş üzrə və Səid Rəcəbi 80 kq çəki dərəcəsində taekovando idmanı üzrə qızıl medala layiq görülüb.


18-ci Asiya Oyunları 18 avqustdan İndoneziyanın Cakarta və Palembanq şəhərlərində başlanıb və 2 sentyabra qədər davam edəcək. Bu oyunlarda 45 Asiya ölkəsindən 11 mindən çox idmançı iştirak edir.


N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar