SON XƏBƏRLƏR

Keçmiş prezidentin qızına qarşı ittiham aktı elan edilib

2022.07.03, 11:56
Keçmiş prezidentin qızına qarşı ittiham aktı elan edilib

Gunaz.tv

"Hüquqi prosedurlardan keçdikdən sonra bu şəxsin İran İslam Respublikası sisteminə qarşı təbliğat fəaliyyəti və müqəddəsləri  təhqir etmək ittihamı ilə bağlı ittiham aktı çıxarılaraq məhkəməyə göndərilib"-deyə, Tehran prokuroru bildirib.

Qeyd edək ki, aprel ayında Amerikanın İnqilab Keşikçiləri Korpusunu (SEPAH) terrorçu qruplar siyahısından çıxarma ehtimalı ilə bağlı sosial mediada çıxış edən İranın sabiq prezidenti Əli Əkbər Haşimi-Rəfsəncaninin qızı və Kargüzarlar Partiyası Mərkəzi Şurasının üzvü Faizə Haşimi “peyqəmbər həyat yoldaşı Xədicənin pullarını xərcləyib.

O, iqtisadi iş görmürdü yalnız peyqəmbərlik edirdi”-deyə, zarafatla bildirmişdi.

Onun bu çıxışının peyqəmbəri təhqir etmək kimi dəyərləndirilməsi radikal dinçi kəsmin və hakimiyyətin nəzarətində olan mətbuat orqanlarının sərt reaksiyası ilə üzləşmişdi.

Bundan sonra Faizə Haşiminin üzr istəməsinə baxmayaraq ran prokurorluğu ona qarşı qeyd olunan ittihamla yanaşı İnqilab Keşikçiləri Korpusuna qarşı sanksiyaların davam etdirilməsini istədiyinə görədə cinayət işinin açıldığını bildirib.  

Cavidan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar