SON XƏBƏRLƏR

“Meşə sahələri mebel işbazlarının güdazına gedir”-QHT Xaçmazda tədbir keçirib

2022.10.28, 14:54
“Meşə sahələri mebel işbazlarının güdazına gedir”-QHT Xaçmazda tədbir keçirib

Gunaz.tv

Layihə çərçivəsində oktyabrın 28-də Çingiz Abdullayev adına Xaçmaz şəhər 2 №-li tam orta məktəbdə “Yeni nəsildə ekoloji şüurun formalaşdırılmasının əsas meyarları” mövzusunda məktəblilərin iştirakı ilə tədbir keçirilib. 

5i0PrmZ.png

Təbdirdə çıxış edən “Yaşıl Dünya” Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri, layihənin rəhbəri Elman Cəfərli son illər dünyada ekoloji problemlərin artdığını bildirib.

 “Təbii ehtiyatlardan israfçılıqla istifadə və ayrı-ayrı işbazların tez varlanma hərisliyi üzündən yaşıllıqlar, canlı aləm məhv edilir, ekoloji tarazlıq pozulur. Dünya əhalisinin artması, kənd təsərrüfatı sahələrinin genişlənməsi meşə sahələrinin məhvinə gətirib çıxarır. 

RsENy3d.jpg

Süni suvarmanın genişlənməsi, artezian qurğularının çoxalması su qaynaqlarının qurumasına səbəb olur. Artıq bir sıra ekspertlər həyəcan təbili çalır ki, yaxın gələcəkdə su müharibələri baş verə bilər. 

İri sənaye şəhərlərində yaşıllıqlar yeni binaların, istehsal  və xidmət müəssislərinin qurulması layihələrinə qurban verilir. Halbuki ətraf mühitin saflaşdırılmasında, mühafizəsində meşələrin, yaşıllıqların rolu ölçüyəgəlməz dərəcədə böyükdür”-deyə, Elman Cəfərli bildirib. 

Onun sözlərinə görə, artıq iş o yerə çatıb ki, hər bir ağacın qorunması zəruri hala gəlib: “Su mənbələrinin quruması, meşə sahələrini azalması qlobal iqlim dəyişikliyi də rol oynayır. Lakin planetimizin ağciyəri sayılan meşələrin məhvi subyektiv amillərdən çox asılıdır. 

Azərbaycanın cənub rayonlarında meşə sahələri mebel işbazlarının güdazına gedir. Bakı, Sumqayıt və Gəncə kimi iri şəhərlərdə obyekt, hündürmərtəbəli binalar tikmək yarışına girmiş işbazlar çoxlillik ağacları məhv edirlər. Artıq onlara “dur” deməyin zamanıdır”.

Layihə rəhbəri bildirib ki, cəmiyyətdə ekoloji tərbiyə erkən yaşlarda başlamalıdır ki, müstəqil həyata atılan yetkin şəxs hər bir ağacın tənəffüsümüz üçün qiymətli olduğunu dərk etsin: “Məktəblərdə şagirdlərə ekoloji biliklər verilməlidir. Onlar canlı təbiət qoynuna ekskursiyaya aparılmalıdır. Ətraf mühitə qayğı hissi, təbiətə sevgi uşaqlarda erkən yaşlarda aşılanmalıdır”.


Xaçmaz rayon İcra Hakimiyyətinin ictimai-siyasi şöbəsinin baş məsləhətçisi Tariyel İbalov məktəbliləri təbiətin qorunmasında, ətraf mühitin təmiz saxlanmasında məsuliyyətli olmağa çağırıb: “Siz Zəfər dövrünün uşaqlarız, gələcəyi quranlarsız. Gələcəyimiz sizin əlinizdədir. 

Siz gərək ağac kəsənlərə, ətraf mühiti çirkləndirənlərə qarşı mübarizə aparmalısınız. Bu işdə dövlət qurumlarına, bələdiyyələrə kömək etməlisiniz. Təmizlik evimizin kandarından başlanır. Siz yediyiniz qidanın qalığını, plasmas və şüşə su butulkasını qaldığınız mənzilə, otağa atmırsız.

Həyəti, küçəni də bu cür qorumaq lazımdır. Oxuduğumuz məktəbin, çalışdığımız iş yerinin həyətini təmiz saxlamalıyıq”.

EqJZ498.jpg
Ekologiya və Təbii Sərvətlər Nazirliyi regionla idarəsinin əməkdaşı Süngüz Laçınova son illər dövlət qurumlarının, ayrı-ayrı nüfuzlu qeyri-hökumət təkilatlarının təşəbbüsü ilə meşə sahələrinin, yaşıllıq sahələrinin salındığını bildirib. 

Onun sözlərinə görə, yaşıllıqların qorunması, yeni meşə sahələrinin salınmasında vətəndaş məsuliyyəti çox önəmlidir. “Məktəbli dostlar, ətraf mühitə qarşı həssas yanaşmaq lazımdır. Bilməliyik ki, aldığımız nəfəsə, yaşadığımız sağlam həyat tərzinə görə meşələrə, yaşıllıqlara borcluyuq. Hər bir ağacı qorumalıyıq. 

Bizim sağlam yaşamağımız, normal nəfəs almağımız onlardan asılıdır. Oynadığınız, meyvə dərdyiniz ağacın budağını qırmaq olmaz. Salınan meşələri, əkilən ağacları bizdən öncəki nəsil bizə əmanət qoyub. 

Biz də onu qoruyub saxlamalı, gələcək nəsillərə ötürməliyik”.
Xaçmaz Kəndlərinin Davamlı İnkişafı İctimai Birliyinin sədri Nəzər Qafarov şimal bölgəsində çay yataqlarının məişət tullantıları ilə zibillənməsinin ciddi narahatlıq yaratdığını bildirib.

“Çox yaxşı olar ki, müvafiq qurumlar, bələdiyyələr məişət tullantılarının daşınması ilə ciddi məşğul olsunlar. Çay kənarlarında zibil qalaqları yığılıb. Bu durum suyun çirklənməsinə, ətraf mühitin korlanmasına səbəb olur”-deyə, o, bildirib. 

Sonra məktəblilərin suallları cavablandırılıb.

Ayxan
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar