SON XƏBƏRLƏR

Ned Prays: “Sanksiyaların ləğvi yalnız İranın nüvə fəaliyyətlərini azaltması ilə mümkün olacaq”

2022.01.05, 10:36
Ned Prays: “Sanksiyaların ləğvi yalnız İranın nüvə fəaliyyətlərini azaltması ilə mümkün olacaq”

Gunaz.tv

Cənubi Koreyanın xarici işlər nazirinin birinci müavini Çoy Conq Kun-un (Choi Jong-Kun) bununla bağlı Vyanaya səfərinə və onun Qərb nümayəndə heyətlərinin başçıları ilə görüşlər keçirdiyinə toxunan Prays deyib ki, əgər qarşı tərəflər Tehranla Vaşinqtonun qarşılıqlı olaraq nüvə razılaşmasına qayıtması barədə razılığa gəlsə bilsələr, ABŞ sanksiyaların ləğvi istiqamətində müəyyən addımlar atacaq.

“Lakin tətbiq olunmuş sanksiyaların tədrici ləğvi yalnız İranın nüvə fəaliyyətlərini azaltması ilə mümkün olacaq”, -deyə, ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays bildirib.

Qeyd edək ki, İranın Cənubi Koreya qaz kondensatı satışı ilə bağlı bu ölkənin banklarındakı pulları Amerikanın tətbiq etdiyi sanksiyalar nəticəsində dondurulub və İran nə qədər çalışsa da həmin pulları ala bilmir.

Bildirilir ki, Cənubi Koreyanın xarici işlər nazirinin birinci müavini Vyana səfərində Tehranla dolayısı yolla nüvə danışıqları aparan Amerika nümayəndə heyətinin başçısı Robert Mali ilə görüşərək İran məsələsini müzakirə edib.

Yayılan məlumata görə, həmin görüşün keçirilməsi  müzakirələrə qatılan tərəflər arasında hər hansı bir razılaşmanın əldə ediləcəyi təqdirdə Vaşinqtonun Cənubi Koreya banklarında blokladığı İrana məxsus pullardan bir qismini azad edəcəyi ilə bağlı şayiələrin yayılmasına səbəb olub. 

A.M 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar