SON XƏBƏRLƏR

Ned Prays: "Ümid edirik ki, bu, nüvə danışıqlarının son mərhələsidir"

2022.08.17, 06:10
Ned Prays: "Ümid edirik ki, bu, nüvə danışıqlarının son mərhələsidir"

Gunaz.tv

"Amerikanın səsi"nin fars bölümünün verdiyi məlumata görə, Amerika rəsmiləri hazırda danışıqları yekunlaşdırmaq üçün Avropa Birliyinin təklif etdiyi mətnlə bağlı İranın bu quruma cavabını öyrənirlər.

Amerika Xarici İşlər Nazirliyinin sözçüsü İranın bu dəfə əlavə tələblər irəli sürüb-sürməyəcəyi ilə balısuala cavab verməyib və İranın cavabının məzmunu ilə bağlı heç nə deməyib.

Prays görə, Amerika tədricən öz fikrini Avropa Birliyi ilə bölüşür. O, ümumiyyətlə, danışıqları və orada qaldırılan məsələləri mürəkkəb adlandırıb və bu səbəbdən bütün müttəfiqlər və tərəfdaşlarla məsləhətləşməyin lazım olduğunu söyləyib.

"Əgər İranın istədiyi məqamlarda razılıq əldə olunmasa, Avropa Birliyinin bu qərarı danışıqların başa çatıb-çatmadığını elan etmək üçün vasitəçi rolunu oynayacaq.
Ancaq İranın tələblərinin yerinə yetirilməsi real olarsa, Vyanada danışıqları davam etdirməyə ehtiyac qalmaya bilər və danışıqlar Avropa Birliyi vasitəsilə, fikir mübadiləsi və mesajlaşmalarla yekunlaşacaq"-deyə, Ned Prays bildirib.

İran və Amerika arasında 15 aylıq nəticəsiz və dolayı danışıqlardan sonra Avropa Birliyi İrana özünün son təklifini verib və bir neçə həftə ərzində İrandan cavab alacağını gözlədiyini söyləyib.

İran bu təklifə gecikmə ilə avqustun 15-də cavab versə də, nə Tehran, nə də Avropa Birliyi bu təklifin təfərrüatları barədə hər hansı açıqlama verməyiblər.

Cavidan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar