SON XƏBƏRLƏR

Edama məhkum edilmiş azərbaycanlı alim: Televiziyada yayılan etiraflarımın heç bir etibarı yoxdur

2021.10.20, 07:36
Edama məhkum edilmiş azərbaycanlı alim: Televiziyada yayılan etiraflarımın heç bir etibarı yoxdur

Gunaz.tv

GünAz TV: İranda əsassız şəkildə İsrailə casusluq etməkdə günahlandırılan azərbaycanlı araşdırmaçı-alim Prof. Dr. Əhmədrza Calali televiziyada yayılan etiraflarının etibarsız olduğunu bildirib.

 

Azərbaycanlı alim bu barədə yayılan Səs Faylında danışıb. Onun yaxınları dekabrın 19-da BBC-nin müxbiri ilə danışıqda Səs Faylının həqiqətən də Ə.Calaliyə aid olduğunu, onun həbsxanada yazıldığını təkidlə təsdiq ediblər.

 

O İran televiziyasında yayılan video ilə bağlı danışarkən etirafların qeyri-adi psixoloji durumda və azadlığa buraxılma vədi ilə alındığını deyib.

 

Ötən günlərdə İran televiziyasında yayılan videoda Ə.Calali İranın qətlə yetirilmiş nüvə alimləri haqda guya İsrail kəşfiyyatına məlumat ötürdüyünü etiraf edib.

 

İki ay öncə də Ə.Calaliyə aid bir Səs Faylı yayılmışdır. O həmin Səs Faylında bildirib ki, təknəfərlik kamerada saxlandığı zaman iki dəfə müstəntiqlər tərəfindən hazırlanan bəyanatları kamera qarşısında oxuyaraq müəyyən etiraflar etməyə məcbur edilib.

 

Ə.Calalinin həyat yoldaşı Vida Mehranniya isə “Radio Fərda”ya bildirib ki, ona 3 ay təknəfərlik kamerada saxlandığı müddətdə ailəsi ilə ayda bir dəfə, o da bir dəqiqəlik söhbət icazəsi verilib. O həmçinin aylarca vəkili ilə əlaqə saxlaya bilməyib.

 

“Həbsxanada ona bildirilib ki, sənin övladların öldürüləcək. Lakin etiraf etsən bu məsələ öz həllini tapacaq və azadlığa buraxılacaqsan”- deyə müttəhimin   həyat yoldaşı əlavə edib.

 

Müxtəlif qurum və şəxslər, o cümlədən İnsan haqları Təşkilatları, Avropada yaşayan azərbaycanlı alimin İranın kəşfiyyat və təhlükəsizlik qüvvələri ilə əməkdaşlıq etməkdən imtina etdiyinə görə edama məhkum edildiyinə inanır.

 

Qondarma ittihamla üzləşən azərbaycanlı alim islam inqilabından 7 il öncə Təbrizdə dünyaya göz açıb. O bir neçə il əvvəl İsveçin (Sued) Stokholm şəhərinə gedib. Təbii fəlakətlər üzrə doktorluq dərəcəsini İsveçin Karolinska İnstitutundan alan Ə.Calali həyat yoldaşı və iki övladı ilə birlikdə İsveçdə qalmalı olub, o İtaliya və Belçika kimi ölkələrdə elmi-tədqiqat müəssisələrində də çalışıb.

 

Tehran və Şiraz universitetlərinin dəvəti ilə İrana səfər edən Ə.Calali 2016-cı il aprelin 24-dən Tehranın Evin zindanında həbsdədir. O İran kəşfiyyatının uydurduğu saxta ittihamla edam cəzasına məhkum edilib.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar