SON XƏBƏRLƏR

Əfqanıstan İranla sərhəd buraxılış məntəqələrini yenidən açıb

2021.10.20, 07:36
Əfqanıstan İranla sərhəd buraxılış məntəqələrini yenidən açıb

Gunaz.tv

GünAz TV: Əfqanıstan hökuməti İranla sərhəd nəzarət- buraxılış məntəqələrini yenidən açdığını bəyan edib.

 

Bu barədə Əfqanıstanın Milli Təhlükəsizlik Şurası məlumat yayıb.

 

Şura bildirib ki, bundan sonra insanların iki ölkə arasında gediş-gəlişləri Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələri və Əfqanıstan Səhiyyə Nazirliyinin proflaktik tədbirləri əsasında həyata keçiriləcək.

 

Xatırladaq ki, bir neçə gün öncə Əfqanıstan koronavirus təhlükəsi səbəbindən İranla sərhədlərini bağlamışdı. Bundan başqa, bir neçə ölkə də oxşar addımları atıb, lakin onlar hələlik sərhədlərini yenidən açmayıblar.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar