SON XƏBƏRLƏR

Əfqanıstan XİN: "İranın Əfqanıstanda baş verən proseslərə belə səthi yanaşması gözlənilmirdi"

2021.10.20, 07:36
Əfqanıstan XİN: "İranın Əfqanıstanda baş verən proseslərə belə səthi yanaşması gözlənilmirdi"

Gunaz.tv

GünAz TV: Əfqanıstanın Xarici İşlər Nazirliyi İran XİN-in bu ölkədə baş verən son proseslərlə bağlı mövqeyinə münasibət bildirib.

 

Əfqanıstanın Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda bildirilir ki, İranın Əfqanıstan baş verən proseslərə bu cür səthi yanaşması gözlənilmirdi.

 

Dünən İran XİN yaydığı bəyanatda Əfqanıstanda yaşanan siyasi narahatlıq ifadə edərək, vəziyyətin Amerikanın bu ölkənin "prezident seçkilərində mövcud olan problemlərə etinasız yanaşmasına" görə yarandığını iddia etmişdi. Nazirlik həmçinin Əfqanıstan rəhbərlərini Qəni ilə Abdullah arasında yaranmış ixtilafa son vermək üçün zəruri addımlar atmağa çağırmışdı.

 

"Tezliklə vahid hökumətin qurulması ilə, Taliban da daxil olmaqla, Əfqanıstanda fəaliyyət göstərən bütün siyasi cinahlar arasında siyasi dialoqa zəmin yaranacağına ümid edirik", - deyə İran XİN bəyanatında vurğulamışdı.

 

Qeyd etmək lazımdır ki, Əfqanıstanda keçirilən prezident seçkilərindən sonra Məhəmməd Əşrəf Qəni ilə Abdullah Abdullah arasında siyasi ixtilaflar yaranıb. Ölkənin Mərkəzi Seçki Komitəsi Qənini prezident elan etsə də, Abdullah Abdullah nəticələri saxta adlandırıb və özünün qalib gəldiyini bildirib. Fevral ayının sonlarında hər iki siyasətçi fərqli məkanlarda prezident olaraq andiçmə mərasimlərini keçiriblər.

 

İran Məhəmməd Əşrəf Qəni seçkilərdə qalib gəlməsi münasibətilə təbrik etməmiş, habelə səfirini onun andiçmə mərasiminə göndərməmişdi. İranın Kabildəki səfirliyi də rəsmi Tehranın Əfqanıstanda keçirilmiş seçkilərlə bağlı hələlik heç bir mövqe sərgiləmədiyini bəyan etmişdi.

 

Digər tərəfdən son günlər ərzində iki ölkə arasında diplomatik skandal yaşanır. Ötən həftə Əfqanıstandan iki iranlı diplomat qovulmuşdu. Bundan bir neçə gün sonra İran da analoji addım ataraq, iki əfqan diplomatı ölkədən qovmuşdu. Bununla belə, hər iki ölkənin Xarici İşlər Nazirlikləri ölkələr arasında münasibətlərin adi olduğunu iddia etmişdilər.

 

Ə.A

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar