SON XƏBƏRLƏR

Əfqanıstandan 2 diplomatının qovulmasına etiraz olaraq İran 2 əfqan diplomatı ölkədən deportasiya edib

2021.10.20, 07:36
Əfqanıstandan 2 diplomatının qovulmasına etiraz olaraq İran 2 əfqan diplomatı ölkədən deportasiya edib

Gunaz.tv

GünAz TV: İranın 3 gün əvvəl 2 əfqan diplomatı deportasiya etməsi ilə bağlı xəbərlər yayılıb.

 

Bəzi media orqanlarının yaydığı məlumata əsasən, rəsmi Tehran bu addımı ötən gün Əfqanıstanın 2 iranlı diplomatı ölkədən qovmasına etiraz olaraq atıb.

 

Əfqanıstanın Xarici İşlər Nazirliyi faktı nə təsdiq, nə də təkzib etməyib və hər iki ölkənin bir-birində akkreditə edilmiş diplomatik korpuslarının fasiləsin fəaliyyətini davam etdirdiyini bildirib.

 

Lakin İranın Xarici İşlər Nazirliyi hələ ki, məsələyə münasibət bildirməyib.

 

Xatırladaq ki, ötən həftə 2 iranlı diplomat arzuolunmaz şəxs elan edilərək Əfqanıstandan qovulmuşdu. Rəsmi Kabil məsələnin detalları ilə bağlı açıqlama verməmişdi.

 

Lakin İranın Taliban terror təşkilatına hərbi, maddi və siyasi dəstək verməsini nəzərə aldıqda, diplomatik qalmaqalın bu xüsusda baş verdiyini düşünmək olar. Cari ilin yanvar ayında Əfqanıstanın təhlükəsizlik qüvvələri Qəndəhar əyalətində zərərsizləşdirdikləri Taliban terrorçularından İran istehsalı olan çoxlu sayda silah-sursat aşkarlamışdılar.

 

Ə.A

 

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar