SON XƏBƏRLƏR

Əhməd Əbül Qeyt: “İranlı qardaşlarıma üzümü tutub deyirəm ki, ayıq olun və istiqamətinizi dəyişin”

2021.10.20, 07:36
Əhməd Əbül Qeyt: “İranlı qardaşlarıma üzümü tutub deyirəm ki, ayıq olun və istiqamətinizi dəyişin”

Gunaz.tv

GünazTV: Ərəb Dövlətləri Liqasının baş direktoru Əhməd Əbül Qeyt iyunun 14-də jurnalistlərə açıqlamasında Oman dənizində iki neft tankerində baş verən partlayışlardan sonra regionda gərginliyin artmasından və İranın həmin partlayışlardakı mümkün rolundan danışıb.

 

O bildirib ki, heç bir ərəb ölkəsi regionda sərbəst hərəkət edən gəmilərə mane olaraq, Oman dənizində baş vermiş olaya bənzər bir hadisə törətmək istəmir: “Hesab edirik ki, bu partlayışların arxasında kimin durduğu açıqcasına müəyyən edilməlidir. Əminəm ki, gec-tez hər şey bəlli olacaq.

 

İranlı qardaşlarıma isə üzümü tutub deyirəm ki, ayıq olun və istiqamətinizi dəyişin. Çünki siz hamını qarşıdurmaya doğru yönəldirsiniz. Bilin ki, qarşıdurma yaransa heç kəsin təhlükəsizliyi olmayacaq.

 

Xatırladaq ki, iyunun 13-də Oman dənizində Yaponiyaya məxsus iki neft tankerində partlayışlar baş verib və gəmilərdən birində yanğın əmələ gəlib. Gəmilərə bombalı hücum, Yaponiyanın baş naziri Şinzo Abenin Tehranda İranın dini lideri Əli Xamneyi ilə görüşdüyü vaxta təsadüf edib.

 

 

Rəsmi Tehran neft tankerlərinə qarşı hücumları “şübhəli” adlandıraraq, həmin hücumlarda əli olduğunu təkzib edib.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar