SON XƏBƏRLƏR

Əhmədinejad Ruhani və Laricani qardaşlarını istefaya çağırdı - VİDEO

2021.10.20, 07:36
Əhmədinejad Ruhani və Laricani qardaşlarını istefaya çağırdı - VİDEO

Gunaz.tv

GünAzTV: İranın keçmiş prezidenti Mahmud Əhmədinejad avqustun 9-da “Teleqram” sosial şəbəkəsində yaydığı bir videoda ölkənin ağır iqtisadi və siyasi durumuna toxunaraq, prezident Həsən Ruhanini, parlament sədri Əli Laricanini və Məhkəmə Sisteminin rəisi axund Sadıq Laricanini istefaya çağırıb.

 

Yaydığı video-çarxda, Əhmədinejad Ruhaniyə səslənərək deyib ki, millət artıq onun hökumətini və onu prezident postunda görmək istəmir: “Cənab Ruhani! Millət artıq sizi qəbul etmir. Bunu hansı dillə deməlidir ki. Sizin bundan artıq prezident postunda qalmağınız həm ölkənin ziyanınadır, həm də sizin.

 

Millət tamamilə narazıdır. Həm sizdən və hökumətinizdən, həm də Laricani qardaşlarından. Xalq, ölkənin indiki çətin vəziyyətə düşməsinə səsəb olan Laricani qardaşlarını və sizi qəbul etmir. Bu gün, ölkə iqtisadiyyatı artıq çökmə ərəfəsindədir. İnsanların hakim sistemə inam və etimadı demək olar ki, tamamilə məhv edilib, sıfıra düşüb. Cəmiyyətdə narazılıqlar son dərəcə artıb, yoxsulluq isə geniş yayılıb.

 

Cənab Ruhani! Siz və bütün himayədarlarınız, o cümlədən də Laricani qardaşları ölkədə yaranmış bu acınacaqlı duruma görə məsuliyyət daşıyırsınız. Ölkənin indiki ağır durumunu nəzərə alaraq, mövcud böhrandan çıxmaq üçün ən yaxşı variant odur ki, insanların razılığını cəlb etmək üçün millətdən üzr istəyib hazırkı kursunuzu bir daha davam etdirməyəsiniz. Daha doğrusu, yaxşısı budur ki, siz və Laricani qardaşları istefa verəsiniz”.

 

Ruhani və hökumətini, eləcə də Laricani qardaşlarını ölkədə yaranmış iqtisadi böhranın əsl səbəbkarı kimi göstərən  Əhmədinejad, həm də bildirib ki, Həsən Ruhani prezident vəzifəsinə seçildikdən sonra hər zaman millətə yalan danışıb: “Bizim məmləkət çox zəngin bir ölkədir. Pulu da çoxdur. Lakin Ruhani prezident postunda fəaliyyətə başladığı gündən hər zaman deyib ki, anbarlarımız və xəzinəmiz boşdur, ölkə də borc içindədir. Halbuki bunların heç biri həqiqətə uyğun deyil və reallığı əks etdirmir”.

 

 

 

VİDEO:

 

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar