SON XƏBƏRLƏR

Əhmədinejad Trampa müraciət etdi: “İran rəsmilərinin Amerikada yaşayan övladlarının siyahısını yayın”

2021.10.20, 07:36
Əhmədinejad Trampa müraciət etdi: “İran rəsmilərinin Amerikada yaşayan övladlarının siyahısını yayın”

Gunaz.tv

GünAzTV: İranın keçmiş prezidenti Mahmud Əhmədinejad avqustun 1-də özünün şəxsi “Twitter” səhifəsində yaydığı bir yazıda ABŞ prezidenti Donald Trampa müraciət edərək, ondan İsran İslam Respublikası rəsmilərinin Amerikada yaşayan yaxın adamlarının adlarını ifşa etməyi xahiş edib.

 

Əhmədinejadın Trampa müraciəti, İranın korrupsiyalaşmış hakimiyyət dairələrində vəzifə tutan ruhanilərin övladları və digər yaxın adamlarının (ağazadə-lərin) valyuta böhranına səbəb olan maliyyə fırıldaqçılığı, ölkənin milyardlarla dollar pulunu mənimsəyərək xarici banklardakı şəxsi hesablarına köçürməsi ilə bağlı xəbərlərin ifşa olunmasından az sonraya təsadüf edib.

 

Yazıda deyilir: “Cənab Tramp! İranın hakimiyyət rəsmilərinin Amerikada yaşayan, “Green card”ı və orada bank hesabı olan yaxın adamlarının adları ilə bağlı əlinizdə hər hansı bir siyahı varsa yayın”.

 

İranda öz nüfuzlarından şəxsi iqtisadi maraqları üçün istifadə edərək milyonlara sahib olan hakimiyyət rəsmilərinin, o cümlədən də vəzifə sahibi olan ruhanilərin övladlarına əhali arasında ironiya ilə “ağazadə” deyilir.

 

İran parlamentinin milli təhlükəsizlik komissiyasının nüvə komitəsinin sədri Muctaba Zolnur ay yarım əvvəl (tirin 5-də) “Etimad” qəzetinə müsahibəsində islam respublikası rəsmilərinin övladları və yaxın adamlarından ibarət 2500 nəfəri Amerika vətəndaşlığını qəbul etdiyini ifşa edib. Axund Zolnur deyib: “Amerikanın keçmiş prezidenti Barak Obama və onun hökuməti, Qərblə İran arasında nüvə danışıqları aparıldığı vaxtda, bizim bəzi cənablarımızı sevindirmək üçün onların yaxınlarından olan 2500 iranlıya Amerika vətəndaşlığı verdi. Amerika vətəndaşlığını alan bu 2500 şəxsdən yalnız 30-40 nəfəri hazırda təhsillə məşğuldur. Qalanları isə özləri ilə apardıqları millətin pulu ilə Amerikada əyyaşlıq edir, kefə baxırlar”.

 

Axund Muctaba Zolnur

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar