SON XƏBƏRLƏR

Əhmədinejadın keçmiş müavini həbs edilib

2021.10.20, 07:36
Əhmədinejadın keçmiş müavini həbs edilib

Gunaz.tv

GünAzTV: İranın keçmiş vitse-prezidenti İsfəndiyar Rəhim Məşayi martın 17-də polis qüvvələri tərəfindən həbs edilib.

 

Məşayinin həbsi, Əhmədinejadın komandasından olan Həmid Bəqayinin həbsindən 4 gün sonraya təsadüf edib. Məşayi, Bəqayinin həbsindən sonra onun mənzilində keçirilən  yığıncaqdakı kəskin çıxışında onun həbsinə etiraz bildirərək, rejimin yürütdüyü indiki siyasətinin sonrakı fəsadları barədə xəbərdarlıq bildirməsindən dərhal sonra həbs edilib.

 

Bildirilir ki, keçmiş prezidentin yaxın adamlarının bir-birinin ardınca həbs edilməsi, Əmədinejada qarşı təzyiq göstərilməsi və onun təklənməsi məqsədi ilə həyata keçirilir. Təxmin edilir ki, rejim,  bu addımları ilə, növbəti mərhələdə, Əhmədinejadın özünü həbs etməyə və ya ən azından onu ev dustağı edərək,  nəzarət altında saxlamağa zəmin və şərait yaradır.

 

Keçmiş prezident Mahmud Əhmədinejad və onun ən yaxın adamlarından olan Həmid Bəqayi və İsfəndiyar Rəhim Məşayi, son aylar ölkənin müxtəlif şəhərlərində keçirilən yığıncaqlarda hakimiyyətin müxtəlif sahələrdə yürütdüyü siyasətini kəskin tənqid edərək, bəzi rəsmilər barədə ifşaedici çıxışlar edirdilər.

 

Son vaxtlar, Əhmədinejad İranın dini lideri axund Əli Xamneyiyə iki açıq məktub yazaraq, İran Məhkəmə Sisteminin rəisi axund Sadıq Laricaninin tutduğu vəzifədən öz şəxsi maraqları üçün sui-istifadə etməsindən, onun başçılıq etdiyi qurumda fəsad və korrupsiyanın baş alıb getməsindən və verdiyi ədalətsiz qərarlarından şikayət edərək, onun tutduğu vəzifədən azad olunmasını təklif edib. Xamneyi isə, Əhmədinejadın məktublarını cavabsız qoyub.

 

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar