SON XƏBƏRLƏR

Tehran küçələrində Xamneyi əleyhinə şüarlar səsləndirilib

2022.03.16, 07:42
Tehran küçələrində Xamneyi əleyhinə şüarlar səsləndirilib

Gunaz.tv

Martın 15-də Tehran şəhərində keçirilən çərşənbə axşamı şənliklərində İranın ali rəhbəri Əli Xamneyi əleyhinə şüarlar səsləndirilib.

Paytaxt küçələrində divarlara “Xamneyiyə ölüm”, "Xamneyi Rusiyanın nökəri" şüarları yazılıb.

Mərasimlərin genişləməsi və nəzarətdən çıxmasından qorxan hökumət əksər şəhərlərdə şənliklərə məhdudiyyətlər tətbiq edib və çox sayda polis və təhlükəsizlik məmurunu cəlb edib.

Qeyd edək ki, uzun illərdir yaz bayramı öncəsi çərşənbə şənlikləri rejim əleyhinə etiraz aksiyalarına çevrildiyi üçün hökumət çərşənbə mərasimlərinin keçirilməsinə icazə vermir.

Bundan öncə yüzlərlə şəxs şənlik mərasimlərinə qatıldıqları üçün saxlanılıb və müxtəlif qondarma ittihamlarla həbs cəzasına məhkum olunublar. 

Cavidan 
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar