SON XƏBƏRLƏR

Tehran məhkəməsi Azərbaycan əsilli sinfi fəala həbs cəzası verib

2022.03.07, 09:35
Tehran məhkəməsi Azərbaycan əsilli sinfi fəala həbs cəzası verib

Gunaz.tv

Məhkəmə qərarına görə, Pirbudağı bununla yanaşı iki il müddətinə ictimai fəaliyyət göstərə, hansısa ictimai və siyasi quruma üzv ola və ölkədən çıxa bilməz. 

İman Əfşarinin başçılıq etdiyi məhkəmə sinfi fəalı “Hökumətə qarşı təbliğat aparmaq” və “Ölkənin təhlükəsizliyinə qarşı toplaşmaq və əlbir olmaq”da ittiham edib.

Hirad Pirbudağı bundan öncə 2021-ci il noyabrın 6-da Əsəl Məhəmmədi ilə birlikdə özünün şəxsi mənzilində həbs olunub və təhlükəsizlik məmurları onun evində axtarış apararaq şəxsi əşyalarını müsadirə ediblər.

Sinfi fəal saxlanıldıqdan sonra 24 dekabrda Evin zindanının ağır cinayətlərdə ittiham olunan məhbusların saxlanıldığı 201-ci bölməsinə, 1 yanvar tarixində isə mülki girov qarşılığında ümumi bölməyə köçürülmüşdür.

Pirbudağı bundan öncə sinfi fəaliyyətlərinə və işçilərin hüquqlarını müdafiə etdiyinə görə saxlanılıb və basqılarla üzləşib.

C.E 
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar