SON XƏBƏRLƏR

Tehranın cənubunda baş verən güclü partlayışda çox sayda insan həyatını itirib-VİDEO

2022.02.17, 07:40
Tehranın cənubunda baş verən güclü partlayışda çox sayda insan həyatını itirib-VİDEO

Gunaz.tv

Yaşayış binasında meydana gələn partlayışda 9 nəfərin öldüyü, 9 nəfərin isə ağır yaralandığı bildirilir.

Tehran şəhərinin Qızıl Aypara Cəmiyyətinin başçısı Şahin Fəthi mediaya verdiyi açıqlamada partlayışın yerli vaxtla gecə saat 20:10-da üç qatlı yaşayış evində meydana gəldiyini söyləyib.

O, fevralın 17-i səhər saat 07:30-a kimi aparılan axtarış-xilasetmə əməliyyatları nəticəsində 9 nəfərin cəsədinin və daha 9 nəfər yaralının qalıqlar altından çıxarıldığını qeyd edib.

 

C.E
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar