SON XƏBƏRLƏR

Tehranda polis zabiti intihar etdi

2022.07.05, 09:36
Tehranda polis zabiti intihar etdi

Gunaz.tv

Leytenant Mürtəza Nemətvən xidməti silahından atəş açaraq özünü öldürüb.

Sosial mediada yayılan məlumatlara görə, az əmək haqqı alan zabit məişət problemlərini həll edə bilmədiyi üçün intihar edib.

Qeyd edək ki, dolanışığın ağır olmasına və məişət problemlərinə görə 2 gün bundan öncə İranda polis qüvvələri arasında etirazlar başlanıb.

Bu durum polis komandanlığını etirazların qarşısının alınması üçün bəzi göstərişlər verməyə məcbur edib.

Bununla yanaşı, İranın Polis Komandanlığı Qərargahının hesabatında "gözlənilməz hadisələr" və "sosial medianın zəhərli reklam məqsədli təbliğatı" ehtimalı ilə bağlı narahatlıqlar ifadə olunub.

Cavidan

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar