SON XƏBƏRLƏR

Tehranda sosial media fəalı Türkiyə mediasına informasiya göndərdiyi üçün həbs edilib

2022.11.25, 09:20
Tehranda sosial media fəalı Türkiyə mediasına informasiya göndərdiyi üçün həbs edilib

Gunaz.tv

Məlumatda bildirilir ki, Tehran yaxınlığında yerləşən Pərdis şəhərində bir nəfər xaricdə yerləşən əks-inqilabçı qüvvələrə və Türkiyə mediasına foto və məlumatlar göndərdiyinə görə həbs edilib.

SEPAH-a bağlı "Təsnim" xəbər agentliyinin verdiyi xəbərdə həbsin noyabrın 23-də İran İnqilab Keşikçiləri Korpusunun kəşfiyyat bölməsi əməkdaşları tərəfindən həyata keçirildiyini yazıb.

Xəbərdə saxlanılan şəxsin kimliyi və onun hara aparıldığı barədə əlavə məlumat verilməyib.

Timur

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar