Kinematoqrafçılar ölkədə baş verən son etiraz aksiyalarından sonra rejimin diqqət mərkəzinə düşüb.
Onların Xuzistanda "Metropol" ofis binasının uçmasından sonrakı narazılıqlar zamanı bir qrup iranlı kino xadiminin polisə etdiyi müraciətə ə sosial mediada etdikləri paylaşımlara görə həbs edildikləri bildirilir.
Qeyd edək ki, mayın 29-da 100 rejissor və kinematoqrafçının “silahını yerə qoy” başlıqlı bəyanatından sonra İranın təhlükəsizlik məmurları bəyanatı imzalayanları təhdid etməyə başlayıblar.
Sözügedən bəyanatda müəlliflər silahlı qüvvələri və polisləri silahlarını yerə qoymağa və xalqa qarşı başladılan repressiyalarda iştirak etməməyə çağırıb.
Cavidan