SON XƏBƏRLƏR

Əhvazda vəba və dəri leyşmaniyası xəstəliklərinin kəskin yayılması ilə bağlı xəbərdarlıq edilib

2021.10.20, 07:36
Əhvazda vəba və dəri leyşmaniyası xəstəliklərinin kəskin yayılması ilə bağlı xəbərdarlıq edilib

Gunaz.tv

GünAz TV: Qərbi Əhvaz Səhiyyə Mərkəzinin rəhbəri Mehrdad Şərifi şəhər ərazisində vəba və dəri leyşmaniyası (salək- red.) xəstəliklərinin kəskin yayılması ilə bağlı əhaliyə xəbərdarlıq edib.

 

Ötən gün şəhər bələdiyyəsinin tibbi şurasında keçirilən toplantıda çıxış edən Mehrdad Şərifi bu xəstəliklərin yayılmasına əsas səbəb son daşqın zamanı kanalizasiya (fazilab-red.) sularının küçə və evlərə axması olduğunu deyib.

 

O, vəziyyəti ciddi ekoloji böhran adlandıraraq, selin fəsadlarının 200 mindən çox insanın həyat və sağlamlığını təhlükə altında qoyduğunu deyib. Rəsmi əlavə edib ki, daşqın zamanı kanalizasiyanın çirkab suları küçələrə, evlərə, məscidlərə və digər binalara daxil olub.

 

"Son günlər ərzində bələdiyyənin fəhlələri çəkmə, iş paltarı və maskası olmadan çirkab suları binalardan və küçələrdən çıxarmaqla məşğuldurlar. Bu isə onların sözügedən xəstəliklərə yoluxma riskini daha da artırır", - deyə Mehrdad Şərifi əlavə edib.

 

Qeyd etmək lazımdır ki, ötən həftə ərəblərin vətəni olan Xuzistan əyalətinin bir neçə şəhərində yağan güclü yağışlar selə səbəb olmuşdu. Rejimi ayrı-seçkiliyi və irqçi münasibəti səbəbindən küçələrdə yığılıb qalmış suyu axıtmaq üçün heç bir şəbəkənin olmaması və kanalizasiya sisteminin bərbad vəziyyətdə olmasına görə, çirkab kanalizasiya suları binalara daxil olmuşdu. Əhvazın icra hakimi də yaranmış vəziyyətin kanalizasiya sisteminin bərbad olması ilə bağlı olduğunu etiraf etmişdi.

 

Digər tərəfdən, həmin günlər ərzində yararsız elektrik xəttlərində qırılmalar olduğundan, Əhvazda işıqlar kəsilmişdi. Nəticədə, Əhvazın Xomeyni xəstəxanasının intensiv terapiya şöbəsində müalicə alan 4 qadın dünyasını dəyişmişdi.

 

Ə.A

 

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar