SON XƏBƏRLƏR

Əhvazın Karun çayında daha 1 etirazçının cəsədi aşkarlanaraq sudan çıxarılıb -VİDEO

2021.10.20, 07:36
Əhvazın Karun çayında daha 1 etirazçının cəsədi aşkarlanaraq sudan çıxarılıb -VİDEO

Gunaz.tv

GünazTV: İrandakı son etirazlarda rejim qüvvələri tərəfindən qətlə yetirilənlərdən daha 1-nin cəsədi Əhvazın Karun çayında tapılaraq sudan çıxarılıb.

Ötən ay İranda benzinin üç dəfə bahalaşmasına qarşı ölkəni bürümüş dinc etirazlarda hökumət qüvvələrinin atəşi nəticəsində qətlə yetirilən və naməlum səbəbə görə cənazəsi Karun çayına atılan həmin şəxsin adı açıqlanmasa da, sosial şəbəkələrdə onun meyitinin tapılması barədə yeni bir video yayılıb.

Videodan da göründüyü kimi, hüquq-mühafizə qüvvələri əməkdaşlarının nəzarəti ilə iki şəxs naməlum gənc etirazçının cəsədini sudan çıxarılaraq naməlum istiqamətə aparırlar. Rəsmi hökumət saytları yayılan yeni videoya və meyitin bir ay fasilədən sonra tapılmasına hər hansı bir münasibət bildirməyiblər.

Etirazlarda rejim qüvvələri tərəfindən qətlə yetirilən həmin şəxsin kimliyi açıqlanmayıb.

Xatırladaq ki, noyabrın 15-dən başlayaraq, İranda hökumətin benzinin qiymətini üç dəfə artırmasına qarşı keçirilən kütləvi etirazlar və səsləndirilən şüarlar qısa zaman içində molla rejiminə qarşı yönəlib. Ölkənin 200-ə yaxın şəhərində keçirilən etirazlarda rejim qüvvələrinin dinc etirazçılara qarşı göstərdiyi misli görünməmiş vəhşilik və qəddarlıq dünya ictimaiyyətini şoka salıb. Belə ki, hökumət, “Sepah”, “Bəsic” və mülki geyimli təhlükəsizlik qüvvələrinin etirazçılara qarşı odlu silahlardan açdığı atəş nəticəsində 1000-ə yaxın insan qətlə yetirilib, 3700 aksiyaçı güllə yarası alıb, Tehranda və digər şəhərlərdə 8 mindən çox etirazçı polis və mülki geyimli təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib.

 

 

Etirazlar zamanı həmçinin ən azı 7 “Sepah” və “Bəsic” muzdlusu, eləcə də 3 axund öldürülüb, birinə isə bədən xəsarəti yetirilib, cəhalət, xurafat və üfunət mərkəzi sayılan 15-ə yaxın dini mədrəsə (mollaxana) etirazçılar tərəfindən yandırılıb.

Molla rejiminin repressiya maşınını işə salmasına baxmayaraq, ölkədə yaşanan inqilabi vəziyyət və iri şəhərlərdə elan olunmamış fövqəladə vəziyyət rejimi davam edir.

VİDEO:

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar