SON XƏBƏRLƏR

Əhvazın Sepidar həbsxanasında məhkumların qiyamı baş verib

2021.10.20, 07:36
Əhvazın Sepidar həbsxanasında məhkumların qiyamı baş verib

Gunaz.tv

GünAz TV: Əhvazın Sepidar həbsxanasında məhkumlar koronavirusun yayılmasına rəğmən, müvəqqəti azadlığa buraxılmadıqları üçün qiyam ediblər.

 

Məlumatlara əsasən, bir qrup məhkum həbsxanada mövcud olan tullantı qutuların yandırıblar. Bundan sonra həbsxananın inzibati binasında qarışıqlıq yaşanıb.

 

Hadisə nəticəsində ölən və yaralananın olmadığı, eləcə də heç bir məhkumun qaçmağa müvəffəq olmadığı deyilir.

 

Xatırladaq ki, ötən günlər ərzində İranın, habelə Güney Azərbaycanın zindanlarında oxşar səbəblərdən etirazlar baş tutub.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar