SON XƏBƏRLƏR

QHT ekoloji maarifləndirmədə məktəbin rolunu müzakirə edəcək

2022.10.19, 08:06
QHT ekoloji maarifləndirmədə məktəbin rolunu müzakirə edəcək

Gunaz.tv

Layihə çərçivəsində oktyabrın 21-də Bakı şəhəri Binə qəsəbəsində yerləşən 117 saylı orta məktəbdə 20 nəfərin iştirakı ilə “Təbiətin mühafizəsinin gücləndirilməsi, ekoloji maarifləndirmə işinin təşkilində məktəbin” mövzusunda dəyirmi masa keçiriləcək. Təbdirdə pedaqoq və ekoloq mütəxəssislərin iştirakı nəzərdə tutulub.

KlHoMqP.jpg

Bu barədə “Yaşıl Dünya” Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri, layihənin rəhbəri Elman Cəfərli məlumat verib.

“Ekoloji tərbiyə ətraf mühitin dərk olunması və təbiətə qayğı ilə yanaşmanın formalaşması proseslərindən keçir. 

Ekoloji cəhətdən savadlı insan dərk etməlidir ki, təbiət də onun özü kimi canlıdır. Uşağa kiçik yaşlarından təbiətə qayğı ilə yanaşmanı aşılamaqla biz onun şəxsiyyətinin formalaşmasına ciddi təkan vermiş oluruq. 

Yeni nəsildə vətəndaş şüurunun formalaşdırılmasının əsas istiqamətlərindən biri də məhz ekoloji təhsil və tərbiyə olmalıdır. Bu yolla gəncləri doğma torpağı və təbiəti  sevməyə, ətraf mühitə biganəlikdən qaçmağa öyrədə bilərik”-deyə, layihə rəhbəri bildirib. 

Onun sözlərinə görə, insan kiçik yaşlarından dərk etməlidir ki, torpağın, havanın və suyun çirklənməsi insan həyatı üçün təhlükə yaradan ekoloji fəlakətə səbəb ola bilər: “Hər bir insan dərk etməlidir ki, ətraf mühitin çirklənməsinin aradan qaldırılması onun  ekoloji mədəniyyəti, tərbiyəsi və təhsilindən asılıdır. 

Bir çox dünya alimləri ekoloji təhsili uşaqlarda ekoloji mədəniyyətin inkişafına yönəlmiş sistemli bir pedaqoji fəaliyyət hesab edir. 

Ekoloji mədəniyyətin formalaşması pedaqoji prosesdə onunla gündəlik ünsiyyətdə ekoloji şüurun, təbiətə ekoloji həssaslığın inkişafıdır”. Tədbir barədə kütləvi informasiya vasitələrinə əlavə bilgi veriləcək.

Ayxan
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar