SON XƏBƏRLƏR

Belçika ilə məhbus mübadiləsi planı: İran casusu azad oluna bilər

2022.07.02, 05:28
Belçika ilə məhbus mübadiləsi planı: İran casusu azad oluna bilər

Gunaz.tv

O, İranın həbsdə olan keçmiş diplomatı Əsədullah Əsədinin azadlığa buraxılması ilə bağlı razılaşma ola biləcəyini deyib.

"Belçika hökuməti 30 iyunda parlamentə gözlənilməz qanun layihəsi göndərib və gələn çərşənbə axşamı parlamentin xarici komissiyasında səsə qoyulması planlaşdırılır"-deyə, Səfayi bildirib.

O, İranın Belçikada 20 il həbs cəzasına məhkum edilmiş Əsədullah Əsədi adlı terrorçu diplomatının olduğunu diqqətə çatdırıb.

Onun adı bu qanun layihəsində qeyd olunmasına baxmayaraq İran tərəfindən azadlığa buraxılması istənilən məhbus olduğunu söyləyib.

Xəbərin yayılmasından sonra Belçika və Avropada yaşayan iranlılar etiraz aksiyalarına başlayıblar.

Qanun layihəsinin Belçika parlamentində rədd edilməsi üçün imza kampaniyası başladılıb.

Onlar bildirib ki, bu qanun layihəsi təsdiq olunsa və Əsədullah Əsədi İrana qaytarılsa Tehran hökumətinin Avropa və başqa yerlərdə müxaliflərinə qarşı cinayətlərinin sayı artacaq.

Qeyd edək ki, İranın casus-diplomatı Əsədullah Əsədi üç nəfərlə birlikdə 2018-ci ildə Parisdə İran Xalq Mücahidləri Təşkilatının mitinqini bombalamağa cəhddə ittiham olunur.

Əsədullah Əsədi İranın Avstriyadakı səfirliyində işləyərkən Nasimə Nəami və Əmir Səduniyə mücahidlərin toplantısını hədəfə almaq üçün başqa bir şəxsin köməyi ilə yarım kiloqram partlayıcı verib.

Belçikada birinci instansiya məhkəməsi 2020-cı ilin fevralında Əsədulla Əsədini 20 il həbsə məhkum edib.

Əsədulla Əsədi apellyasiya şikayətindən imtina edib, lakin apellyasiya məhkəməsi Mehrdad Arifani, Nəsimə Nəami və Əmir Səduninin apelyasiya şikayəti əsasında keçirilib.

Əsədullah Əsədi İran Kəşfiyyat İdarəsinin Avropadakı əsas rəsmilərindən biri kimi qeyd edilib və onun bu qitədə İslam Respublikasının casus şəbəkəsinə rəhbərlik etdiyi bildirilir.

Cavidan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar