SON XƏBƏRLƏR

Zelenski G20-də dünya liderlərinə müraciət edib: Rusiyanın apardığı müharibə dayandırılmalıdır

2022.11.15, 10:58
Zelenski G20-də dünya liderlərinə müraciət edib: Rusiyanın apardığı müharibə dayandırılmalıdır

Gunaz.tv

“Guardian”a istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski İndoneziyanın Bali adasında keçirilən G20 Sammiti çərçivəsində videomüraciəti zamanı deyib.

“Biz Rusiyaya imkan verməyəcəyik ki, öz hərbi gücünü artırsın”, – Zelenski vurğulayıb.

Həmçinin qeyd edib ki, Ukraynaya qarşı Rusiyanın apardığı müharibəni dayandırmağın zamanı çatıb: “Biz gözləməyəcəyik ki, Rusiya vaxt qazansın və öz hərbi gücünü artırsın, müharibə dayandırılmalıdır və dayandırıla bilər”.

Zelenski onu da qeyd edib ki, müharibənin dayandırılması üçün “Rusiya öz işğalçı hərbi qüvvələrini ərazilərdən çıxarmalı”, Ukrayna dövlətinə dəymiş ziyana görə təzminat ödəməli və Ukraynanın ərazi bütövlüyünü tanımalıdır.

Ukrayna Prezidenti həmçinin müharibədən sonra təhlükəsizliyin təmin olunması və Rusiya tərəfdən təkrar hücumların qarşısını almaq üçün beynəlxalq konfransın keçirilməsinə çağırış edib. (apa)

Ayxan
 

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar