SON XƏBƏRLƏR

Zelenski Ukrayna xalqına çağırış etdi

2022.02.24, 05:34
Zelenski Ukrayna xalqına çağırış etdi

Gunaz.tv

Bu barədə Ukrayna KİV-ləri məlumat yayıblar.

“Rusiya Ukraynanın hərbi infrastrukturuna, bizim sərhəd meydançalarımıza zərbələr endirir və bir çox şəhərlərdə partlayış səsləri eşidilir” - Ukrayna prezidenti təcili xalqa müraciətində belə deyir.

"Ölkəmizdə hərbi vəziyyət tətbiq edirik. Bu gün hər birinizə sakitlik lazımdır. Mümkünsə evdə qalın! Biz işləyirik, ordu işləyir, Ukraynanın bütün hərbi sektoru işləyir", - deyə Zelenski xalqa çağırış edib.

“Hazırda mümkün qədər evdə qalmaq vacibdir” deyən Zelenski mütəmadi olaraq mesajlarla çıxış edəcəyini bildirib.

Ukrayna prezidenti bu günlərdə ABŞ prezidenti Co Baydenlə danışıqlar aparıb. ABŞ və Avropa tərəfdaşları artıq dəstək hazırlayır.

"Biz hamını məğlub edəcəyik, çünki biz Ukraynayıq. Ukraynaya eşq olsun!", - prezident deyib. (modern.az)

Ayxan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar