SON XƏBƏRLƏR

Zelenski Ukraynanın azad olunan yaşayış məntəqələrinin sayını açıqlayıb

2022.04.26, 09:31
Zelenski Ukraynanın azad olunan yaşayış məntəqələrinin sayını açıqlayıb

Gunaz.tv

Bu barədə Volodimir Zelenskinin videomüraciətinə istinadən xəbər verir.

Dövlət başçısı qeyd edib ki, ümumilikdə 931 yaşayış məntəqəsi azad edilib.

"Hazırda 931 yaşayış məntəqəsi işğaldan azad edilib. Bir çox şəhər və icmalar Rusiya ordusunun müvəqqəti nəzarəti altındadır, lakin şübhə etmirəm ki, bizim torpaqlarımızı azad etməyimiz zaman məsələsidir", - Prezident deyib.

2022-ci ilin fevralın 24-də Rusiya Silahlı Qüvvələri Ukraynanın “denasifikasiya və demilitarizasiyası” (nasist ünsürlərindən təmizlənmə və silahsızlaşdırılma), habelə tanınmamış Donetsk və Luqansk “respublikalarının ərazi bütövlüyünün” təmin olunması məqsədilə ölkəyə şərq, cənub (Krım) və şimal (Belarus) istiqamətlərdən hücuma başlayıb. Rusiyada “xüsusi hərbi əməliyyat” adlanan bu müharibədə indiyədək Ukraynanın bir sıra şəhərləri işğal edilib. 

Minlərlə dinc sakin həlak olub, milyonlarla insan yurdlarından didərgin salınıb. Müharibənin ilk günlərindən Qərb Rusiyaya qarşı ən sərt iqtisadi sanksiyaları işə salıb. Bu sanksiyalar ilk dəfə olaraq humanitar sahələrə də toxunub.

Bundan başqa, Beynəlxalq Cinayət Məhkəməsində (Haaqa) Rusiyanın Ukraynaya qarşı təcavüzü ilə əlaqədar insanlığa qarşı cinayətlərin araşdırılmasına başlayıb. (report.az)

Ayxan

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar